“Sumqayıt Texnologiyalar Parkı” MMC İnsan resursları üzrə vakansiya

“Sumqayıt Texnologiyalar Parkı” MMC İnsan resursları departamentinin işçilərin seçilməsi və yerləşdirilməsi şöbəsinə böyük mütəxəssis vəzifəsinə işçi axtarır. Namizədlər vakansiya üzrə aşağıdakı şərtlərlə tanış olub müraciət edə bilərlər.

Vəzifə öhdəlikləri:

1. Bacarıqlı və istedadlı kadrların əldə edilməsi üçün daha geniş imkanlar yaradan siyasət, prosedurlar və/və ya proseslərin inkişaf etdirilməsi və həyata keçirilməsi istiqamətində İR komandası ilə birgə işin təşkili;
2. Kadr seçiminin həyata keçirilməsi, CV seçimi, müsahibələrin, imtahanların aparılması, lazımi materialların hazırlanması;
3. İşə götürülməsi nəzərdə tutulan namizədlərin müsahibə və yoxlama yolu ilə nəzərdən keçirilməsi;
4. Son seçim siyahısına uyğun olaraq müraciətçilərin testləşdirilməsini təmin edilməsi, test nəticələrinin təhlil edilməsi;
5. Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması və açıq vakansiyaların ciddi təhlili və təmin olunması;
6. Şirkətə vakant vəzifələrə uyğun işçilərin seçilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi və namizədlərin sonrakı mərhələyə yönləndirilməsinə nəzarət ediməsi;
7. Müvafiq daxili testlərin hazırlarlanması və konkurs əsasında işçilərin seçilməsinin təmin edilməsi;
8. Potensial namizədləri müəyyənləşdirmək məqsədi ilə daxili işçi heyətinin, əmək bazarının və işədüzəltmə agentliklərinin bazasının araşdırılmasında iştirak edilməsi;
9. Şirkətdə işçiyə tələbat planının hazırlanması;
10. Kadrlar üzrə cari və perspektiv planların işlənib hazırlanması;
11. Gənc, istedadlı namizədlərin şirkətə cəlb edilməsi ilə əlaqədar təhsil müəssisələri ilə əməkdaşlığın aparılması məqsədilə təhsil müəssisələrində prezentasiyaların (təqdimatların) keçirilməsinin təşkil edilməsi;
12. Kadr ehtiyatı ilə bağlı verilənlər bazasının yaradılması və mütəmadi olaraq yenilənməsinə nəzarət edilıməsi;
13. Namizədlərin işə cəlb edilməsi məqsədilə işə qəbul mənbələrinə dair təkliflərin hazırlanması;
14. Namizədin qiymətləndirməsi üçün işə qəbul komissiyasının namizədlə görüşünün təşkil edilməsi və yekun qiymətləndirmə cədvəlinin hazırlanması;
15. İşə qəbul prosesi ilə bağlı yekun hesabatların hazırlanılması;
16. Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak
17. Kadr axınının səbəblərinin öyrənilməsi, onun aradan qaldırılması üçün tədbirlər hazırlanması və şöbə müdirinə təqdim edilməsi;
18. İnsan resursları üzrə informasiya bazasının formalaşdırılması, idarə edilməsi və onun avtomatlaşdırılmasına dair təkliflərin hazırlanması;
19. Şöbənin müdiri tərəfindən verilən digər tapşırıqların icrası və eyni sahədə fəaliyyət göstərən mütəxəssisin fəaliyyətinin istiqamətləndirilməsi.

Təhsil/Təcrübə:

• Analoji sahədə 3 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və Mərkəzi Şirkətin normativ sənədlərinin tələblərini, Əmək Məcəlləsini, eləcə də, daxili normativ xarakterli sənədlərin tələblərini mükəmməl bilməli və işində rəhbər tutmalıdır.

Əlavə məlumatlar:

• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə
• recruitment@stp.az

Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close