Gürcüstanın Tbilisi şəhərindəki “New School” məktəbində Avropaşünaslıq təmayüllü 2018-2019-cu illər üzrə Təqaüd Proqramı

Avropa Şərqi Tərəfdaşlıq Məktəbinin Orta təhsil sahəsində New School International School of Georgia 2018-2019-cu illər üzrə Təqaüd Proqramı

Müraciət üçün son tarix:31 mart 2018-ci il
Yazılı sınaqlar: 2018-ci ilin aprel ayında
Müsahibə: 1 – 15 may 2018-ci il
İştirakçıların tələb olunduğu ölkələr: Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna

Gürcüstanın Tbilisi şəhərindəki “New School” məktəbi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukraynadan olan, qəbul tələblərinə cavab verən 16-17 yaşlı tələblər üçün Beynəlxalq Bakalavr Diplomu üzrə Təqaüd elan edir. Təqaüd proqramını Beynəlxalq Bakalavriatla (IB) tərəfdaşlıq edən Avropa Birliyi dəstəkləyir. Proqram Beynəlxalq Bakalavr Diplomunu almaq üçün unikal imkan təklif edərək
http://www.ibo.org/programmes/diploma-programme . Avropaşünaslığın dərinləşdirilmiş tədrisini təklif edir. Təqaüd IB Diplom Proqramının iki illik təhsil dövrünü və müvafiq hallarda yataqxana xərclərini ödəmək üçün nəzərdə tutulmuşdur. Proqramda iştirak hüququ olan altı ölkənin tələbələrinə 30-a qədər təqaüd veriləcək. 2018-2019-cu təhsil ilində təqaüd alacaq tələblərin siyahısı 2018-ci ilin may ayında elan ediləcək.

TƏQAÜD PROQRAMININ MƏQSƏDI NƏDIR?

Təqaüd proqramı Avropa Birliyinin və onun tərəfdaşlarının Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan gənclərin təhsil imkanlarını gücləndirmək cəhdinin bir hissəsi kimi təşkil edilmişdir.
İB-ın səlahiyyətli məktəbi hesab olunan “New School” məktəbindən Beynəlxalq Bakalavr dərəcəsinin alınması tələbələrin dünyanın ən yaxşı universitetlərinə daxil olmaq şansını artıracaq.

AVROPAŞÜNASLIQ TƏMAYÜLLÜ IB DIPLOMU PROQRAMI NƏDIR?
Avropaşünaslıq təmayüllü IB Diplom Proqramı standart IB Diplomu Proqramını – həddindən artıq hərtərəfli
və intensiv iki illik tədris kursunu – təklif edəcək və, eyni zamanda, tələbələrə Avropa və Avropa Birliyi ilə
bağlı məsələləri öyrənmək üçün unikal imkan verəcək.
Humanitar elmlər, dillər və ədəbiyyat, incəsənət və tarix kursları Avropa nöqteyi-nəzərini həvəsləndirəcək.
Tələbələr həmçinin öz esseləri və tədris məşğələlərində Avropa ilə bağlı mövzuları əks etdirmək imkanına
malik olacaqlar. Sinifdənkənar məşğələlərə Avropa mövzuları ilə bağlı konfranslarda və tədbirlərdə iştirak etmək daxil olacaq. AB mövzuları üzrə yüksək səviyyəli məruzəçilər və müəllimlər, o cümlədən AB-nin Yüksək səviyyəli
məsul işçiləri səciyyəvi məruzələri verməyə dəvət ediləcək və Brüsseldəki Avropa İnstitutlarına mümkün
tədris səfərləri və ya digər tədbirlər tələbələrin Avropa və onun əhalisi haqqında biliklərinin gücləndirilməsi
məqsədini güdəcək.

Təqaüdə aşağıdakılar daxildir:

– Gürcüstanın Tbilisi şəhərində yerləşən “New School” məktəbində Avropaşünaslıq təmayüllü Beynəlxalq Bakalavriat Proqramının 2018/2019-cu tədris ili üçün tədris haqqı.
– Yemək də daxil olmaqla, Gürcüstanın Tbilisi şəhərində yaşayış. Tələbələr tələbə şəhərciyində və ya onun yaxınlığında yerləşən yataqxanalarda yerləşdiriləcək. Artıq “New School” binalarında tətbiq edilən yüksək keyfiyyət və təhlükəsizlik standartlarına əməl ediləcək.
– Tətillər zamanı Tbilisi ilə ailələrinin yaşadığı yerə və geriyə iki səyahət haqqı.

– Gürcüstanın “Bank of Georgia” bankından verilmiş şəxsi debit kartına yüklənmiş yerli nəqliyyat üçün ödənişlər.
– Tələbənin proqramı yerinə yetirməsi üçün lazım olan tədris materialları və resurslar (tədris müddəti ərzində kitablar, noutbuklar, hesablayıcı maşınlar, smartfonlar).
– AB sponsorluğu ilə keçirilən seminarlarda, konfranslarda, tədris ekskursiyalarında və digər tədbirlərdə iştirak.
– Tibbi sığorta, o cümlədən stomatoloji sığorta və kəskin xəstəlik halında vətənə qaytarma sığortası.

 

Təqaüdə aşağıdakılar daxil olmayacaq:

– Pul vəsaitinin birbaşa köçürülməsi və ya tələbələrə, yaxud onların ailələrinə nağd pulun ödənməsi.
– Tələblərin ailə üzvlərinin Tbilisiyə/Tbilisidən beynəlxalq səyahətləri.
– Tələbələrin geyim, tələbə şəhərcəyindən kənarda yemək və ya içki xərcləri,
– Diplom Proqramının həyata keçirilməsi üçün verilmişlərdən fərqli mobil telefon və fərdi kompüterlər.

Müsabiqə:
Namizəd tələbələrlə müsahibə yazılı sınaqlardan sonra, tələbələrin kursun növbəti elementlərinə hazırlıq səviyyəsini müəyyən etmək üçün aparılacaq:
• Yeni öyrənmə təcrübələrinə və mədəniyyətlərə açıq gözlə baxma;
• Yataqxanada və ailədən uzaq, xarici ölkədə yaşamağa hazırlıq (müvafiq hallarda);
• Maraq və motivasiya;
• Maraq doğuran fənləri və namizədin daxil olmaq istədiyi kursları öyrənmə;
• İngilis dilində danışma daxil olmaqla, lakin onunla məhdudlaşmadan kommunikasiya və fikrini ifadə etmə bacarığı;

 

2018-2019-cu tədris ili üçün stipendiatların siyahısı 2018-ci il may ayının ikinci yarısında elan ediləcək.

Təqaüd üçün ərizə vermə prosesi pulsuzdur. Bununla belə, sınaqların təşkil ediləcəyi yerə səyahət haqqını ərizəçilər özləri ödəyəcək və bu xərc geri qaytarılmır.
Ərizə vermə prosesində əlavə məlumat almaq üçün aşağıdakı əlaqə nömrələrindən istifadə edin: euscholarship@newschoolgeorgia.com yaxud: + 995 32 225 70 06 (stasionar telefon xətti) +995 599 25 17 17 (mobil telefon)

Ətraflı məlumat üçün: http://www.newschoolgeorgia-app.com/buttons/EU_Schoolarship_Programme_Azari.pdf 

Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close