25 yaşına gəlmədən etməli olduğunuz 10 önəmli addim

Hər kəsin özünə məxsus kariyera hədəfi var.Bu hədəfə gedən yolu da yenə özümüz ,öz mühakimələrimiz və istəklərimiz doğrultusunda yaradırıq.Ancaq məsələ kariyera olduqda sizlərə 25 yaşına gəlmədən etməli olduğunuz 10 önəmli şeydən bəhs etmək istəyirik.

1.Super gücünüzün olduğunu fərqinə varın.

Ya da başqa sözlə hansı mövzuda mükəmməl işlər bacardığınızı dərk edin.Çünki əslində çox yaxşı bacardığınız o şeylər sizlərin etməkdən çox zövq aldığınız şeylərlə oxşar olacaqdır.Bu səbəblə nələrdə yaxşı olduğunuzu bilmək və onların üzərinə getmək sizə bir sözlə bir super güc qazandıracaq.

2.Zəif olduğunuz nöqtələri bilin.

Yaxşı olduğunuz şeyləri bilməklə yanaşı  pis olduğunuz nöqtələrinizin də fərqində olmalısınız.Çünki əgər o qədərdə yaxşı olmadığınız nöqtələri bilsəniz onları düzəltmək üçün üzərinizdə işləyə bilərsiniz.Bu da size davamlı fərdi inkişaf olaraq dönəcəkdir.

3.İnsanlara liderlik etməyi öyrənin.

Liderlik bacariqlarinizi inkişaf etdirmənizin önəmindən nə qədər bəhs etsək azdır.Xüsusilə də fərdi liderlik bacarıqlarınızın yüksək olması sizə iş həyatınızda böyük bir köməklik qatacaqdır.Kariyeranıza hakimiyyətinizi artirmaq və insan münasibətlərinizi inkişaf etdirə bilməyiniz üçün yaxşı bir lider olmağı öyrənməyiniz şərtdir.

4.Ediləcək şeylər siyahısı hazırlayın.

Siyahılar gözünüzü qorxuda bilər.Ancaq siyahı yaratmaq üsulu həm edəcəyiniz işləri tək bir yerdə görməyinizə yardımcı olacaqdır,həm də hansı işə nə qədər zaman ayırmağınız lazım olduğunu rahat analiz edə biləcəksiniz.Bu səbəblə həm siyahı hazırlamağı həm də bu siyahıya sadiq qalmağı öyrənməyiniz  məhsuldarlığınızı artıracaqdır.

5.Nə qədər yuxuya ehtiyacınız olduğunu öyrənin və o qədər yatmağa diqqət edin.

Əminəm ki,universitet illərində yuxunun dəyərini öyrənmisiniz.Əgər öyrənməmisinizsə yuxu olduqca önəmlidir.Hərkəsin ehtiyac duyduğu yuxu saatı fərqli ola bilər.Nə qədər yuxuya ehtiyacınız olduğunu öyrənməyiniz və hər gün müntəzəm olaraq yuxunuzu almağınız lazımdır.Yuxunuzu almış olmağınız daha məhsuldar və xoşbəxt olmağınızı təmin edəcəklərin başında gəlir.

6.Streslə mübarizə apara biləcəyinizdən əmin olun.

Stresi həyatınız boyunca sizi izləyən bir kölgə olaraq düşünə bilərsiniz.Qarşınıza çıxanda isə onunla necə mübarizə aparmaq lazım olduğunu bilməyiniz lazımdır.Böyük ya da balaca krizlərlə necə mübarizə aparmağınız çox önəmlidir.

7.Hobbi tapın.

Bütün investisiyanı kariyeranıza yatırtmaq məntiqli olmaya bilər.Kariyeranızdan və iş yerinizdən tamamilə uzaq müstəqil olaraq hobbi tapın.Bəlkə siz bağ işlərilə maraqlanmağı ya da evdəki əşyalardan yeni layihələr hazırlamağı sevirsiz.Yaradıcı olun və müntəzəm olaraq hobbinizlə maraqlanın.Sanki özünüzə fikrinizi dağıtmaq üçün bir portal yaradın.

8.Rahatlıq yerinizdən çıxın.

Əminəm çoxunuz rahatlıq yerinizdən çıxmaqdan çoxda xoşlanmırsız.Bəlkə ofisdə hər gün oturduğunuz yer və ya ən sevdiyiniz kafedə içdiyiniz içkilər eyni ola bilər.Yeniliklərə açıq olun.Hər gün daha öncə yoxlamadığınız bir şeyi yoxlayın.

9.Limitlərinizi çətinləşdirin.

Öz limitinizi bilməyiniz olduqca önəmlidi.Ancaq bu limitləri nə qədər məhdudlaşdırdığınız daha önəmlidir.Daima bacarıqlarınızın bir addım önüne keçməyə çalışın.Bu düşüncə tərzi sizləri davamlı bir inkişafa yönləndirəcəkdir və limitlərinizi aşmağınıza zəmin yaradacaqdır.

10.Özünüzə məxsus markanızı kəşf edin.

Uğurlarınızla yanaşı şəxsi dünya görünüşünüzün də yüksək olmasına səy göstərin.Buna görə də şəxsi markanızı yaratmaq yaxşı fikir olacaqdır.Görəcəyiniz işə sevginizi qatmağı və altına da imzanızı atmağı öyrənin.

Mənbə: Youthhall

Tərcümə: Şirinqız Quliyeva

Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax

Close
Close