Azərbaycan Gəncləri üçün Almaniya Parlamentində ödənişli iş imkanı

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi Beynəlxalq Parlament təqaüdünün (BPT) alınması üçün sənədlərin qəbulunu elan edir.

Almaniyanın parlamentində işləmək istəyirsinizmi?

Almaniya Bundestaqı Berlin şəhəri müstəqil universiteti, Humboldt adına Berlin şəhəri universiteti, Berlin şəhəri texniki universiteti ilə birlikdə Sizi Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı çərçivəsində beş ay müddətinə Berlin şəhərinə dəvət edir.

IPS (Internationales Parlaments-Stipendium) proqramı ölkələrinin demokratik gələcəyinin formalaşmasında fəal sürətdə və məsuliyyətlə iştirak etmək istəyən, yüksək ixtisaslı və siyəsətə maraq göstərən gənc qadın və kişilər üçün nəzərdə tutulub.

Almaniyanın parlamenti olan Almaniya Bundestaqı gənc insanlara Bundestaq üzvünün yanında 15 həftəlik fəaliyyət ərzində Almaniyanın parlament sistemi və siyasi qərarvermə prosesləri ilə tanış olmaq və parlament işi sahəsində praktiki təcrübəyə malik olmağa imkan yaradır. Təqaüdçülər Almaniya Bundestaqın müstəqil seçki komissiyası tərəfindən seçiləcəklər.

Seçilmə şərtləri:

– Azərbaycan vətəndaşlığı
– bitirilmiş universitet təhsili
– çox yaxşı alman dili bilikləri
– alman siyasəti, cəmiyyəti və tarixi haqqında biliklər
– təqaüd başlayan dövrdə 30 yaşından gənc olmalı

Təqaüd:
– ayda 500 avro
– təqaüdçü qaldığı yerin pulunu ödəmir
– sığorta və yol xərcləri

Ərizələrin qəbulu üçün son müraciət tarixi: 30 iyul 2018

Zəhmət olmasa sənədlərinizi elektron formada bir PDF faylı olaraq aşağıdakı Email ünvanına göndərin və göndərdiyiniz faylın adında öz ad və soyadınızı qeyd edin.

Əgər sizin PDF faylınız 18 MB-dan çox olarsa, o zaman sənədlərinizi bir neçə Emailde bizə göndərin ki, Email göndərmək üçün nəzərdə tutulmuş maksimal 18 MB-ı keçməyəsiniz.

Əgər sənədlərinizi sıxma proqramlarının köməyi ilə bizə göndərmək istəyirsinizsə, o zaman ZİP formatından istifadə edə bilərsiniz.

Diqqət: kağız formasında göndərilən sənədlər nəzərə alınmayacaq!

Email: info@baku.diplo.de

Təqlər
Almaniya Bundestag. Almaniya Parlamenti
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close