Avropa Kommisyasi tərəfindən ödənişli təcrübə proqramları – aylıq 1,176 avro

Artıq 2018-ci ilin iyun ayından Avropa Kommisyası gənclər üçün imkanları daha da genişləndirərək Avropa Kommisyasının nəzdində olan ən böyük işlər insitutlarında inzibati və tərcüməçilik işlərində gənclərə iş təcürbəsi keçmək imkanları veriləcəkdir. Bu təcrübə proqramlarına Avropa Birliyinə daxil olan və olmayan ölkələrin gəncləri iştirak edə biləcəkdir. Qeyd olunan təcrübə proqramlarına seçiləcək hər bir iştirakçının aylıq 1,176.83 avro maaş, yaşayış, visa və səyahət xərclərini  Avropa Kommisyası qarşılayacaqdır.

Hansi Avropa insitutlarında təcrübə kəçə bilərsiniz?
– European Parliament
– Council of the European Union
– Court of Justice
– Committee of the Regions
– European Economic and Social Committee
– European Ombudsman
– European Data Protection Supervisor

Təcrübə proqramına qoşulmaq üçün şərtlər aşağıdakılardır: 
– Minimum 3 illik bakalavr təhsili
– Çox yaxşı ingilis, alman və ya fransız dili biliyi
– Hər hansi bir Avropa Birliyi insitutlarında 6 həftədən çox olmayan iş təcrübəsi
– Universitet diplomu
– Bitiridiyiniz universitetin qiymət cədvəli
– Əldə olunan dil biliyi sertifikatı

Qeydiyyat 16 İyuldan 31 Avqust 2018-ci il tarixinə qədər davam edəcəkdir.

Müraciət və ətraflı məlumat əldə etmək üçün linkə daxil ola bilərsiniz https://ec.europa.eu/stages/node_en

Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax

Close
Close