Gəncə Gənclər evi və “Gələcəyə Körpü” GİB 6 ölkənin gənclərini Gəncəyə topladı

10-21 İyul 2018-ci il tarixlərində “Gələcəyə Körpü” Gənclər Birliyi və Gəncə şəhər Gənclər Evinin birgə təşkilatçılığı ilə “Yaşıl ətraf mühit” adlı gənclərin beynəlxalq yay düşərgəsi həyata keçirildi.

 

Düşərgənin həyata keçirilməsində məqsəd yerli və beynəlxalq gənclərin ekologiya və ətraf mühit sahələrində təcrübə və bilik mübadiləsini təmin etmək idi. Layihə çərçivəsində yerli və beynəlxalq gənclər şərqi avropanın ən böyük parklarından olan Gəncə şəhəri Heydər Əliyev Park Kompleksi ərazisində təmizlik aksiyaları etmək, quş yuvaları və ətraf mühitin təmiz saxlanılması ilə bağlı nişanlar düzəltməklə maarifləndirici ictimai fikir yaratmaq və o cümlədən Gəncə şəhərinin turizm potensialının artırılmasına töhvə vermək kimi fikir mübadilələri aparılmışdır. Düşərgədə Türkiyə, Serbiya, Rusiya Federasiyası, Çexiya Respublikası, Fransa və Meksikadan olmaqla ümumilikdə 6 ölkədən 10 yaxın gənclər iştirak etdi.

Qeyd edək ki, həmin könüllülər “Gələcəyə Körpü” GİB-nin üzv olduğu Beynəlxalq Könüllülük Təşkilatları Birliyinin digər üzv təşkilatlarından cəlb olunmuşdular.

Təqlər
Beynelxalq Duserge Czech Geleceye Korpu Gence Gence Genceler evi International workcamps Mexico Russia turkey
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax

Close
Close