Gəncədə yaşayan və iş axtaran gənclər üçün əvəzedilməz imkan – ELAN

SYSLAB Gəncə Mərkəzi iştirakçı seçimi elan edir

USAID, BMT İP və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dəstəyi ilə “Sahibkarlığin və Məşğulluğun İnkişafına Dəstək” layihəsinə qoshulmaq istəyən gənclərin nəzərinə.

Layihənin məqsədi işsiz və iş axtaran vətəndaşlar üçün innovativ metodlardan istifadə edərək onların əmək bazarına inteqrasiyasını təmin etməkdən ibarətdir. İştirakçılar iş axtarma fəaliyyətini layihə çərçivəsində yaradılan mərkəzdə gündəlik iş rejimində, həftənin 5 günü saat 10:00-14:00 arası olmaqla həyata keçirəcəklər. Layihə periodu iş axtarma bacarıqlarının inkişafı təlimləri, departamentlərdə iş, fəal iş axtarma, şəbəkənin genişləndirməsi, əldə edilmiş nəticələrin təhlili, motivasiyanın təmin edilməsi və s. olmaqla bir neçə mərhələdən ibarətdir.
Layihədə iştirak müddəti maksimum 2 aydır. İştirakçılar iş taparkən layihəni tərk edirlər. İştirakçılara layihənin sonunda sertifikat və tövsiyyə məktubları veriləcək. İştirakçılar müxtəlif yaş, ali təhsil, iş təcrübəsinə malik və ya heç bir iş təcrübəsi olmayan isşiz və iş axtaran şəxslərdən seçiləcək.
İştirakçıların seçimi aşağıdakı meyarlara əsasən aparılacaq:
• Motivasiyalı olmalı;
• Layihəyə müraciət etdiyi dövrdə işsiz olmalı;
Təcrübədə layihədə iştirak etdikləri müddət ərzində orta hesabla iştirakçıların 70%-i iş tapmağa müvəffəq olurlar.
Layihədə iştirak ödənişsizdir.
Maraqlanan şəxslər 15 sentyabr 2018 tarixinə dək öz CV-lərini ganja.syslab@gmail.com ünvanına göndərə bilər.
Əlavə məlumat üçün: 077 759 29 19
Ünvan: M.Xələfov 18 (Kəpəz rayon Məşğulluq Mərkəzi)

Təqlər
Gəncə Məşğulluq
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close