FLEX Proqramına qeydiyyat başladı 2019-2020 ELAN

FLEX Proqramının 2019-2020 – ci tədris ili üçün seçim imtahanlarına start verilir. ABŞ-da bir il PULSUZ təhsil imkanını əldən qaçırmayın və sizə ən yaxın olan imtahan məntəqəsinə gəlin.

İmtahanda kimlər iştirak edə bilər: 
• 15 fevral 2001 – 15 iyul 2004-cü il tarixləri arasında anadan olmalıdır
• Müraciət edən zaman 11-ci sinifdə oxumalı və FLEX proqramına yola düşməzdən əvvəl orta təhsili bitirməlidir
• Hərbi xidmətə getməli olan 11-ci sinif şagirdləri proqramda iştirak edə bilməz
– Müraciət edilən vaxtda orta təhsil müəssisəsində təhsil almalı
– Yaxşı və ya əla qiymətlərə malik olmalı
– Əvvəllər İngilis dili təhsili almalı və qeydiyyat zamanı məqbul İngilis dili bilikləri nümayiş etdirməlidir
• ABŞ-ın viza uyğunluğu tələblərinə cavab verməlidir
• Azərbaycan Respublikasının vətəndaşı olmalı və beynəlxalq pasport almalıdır.

Lazım olan sənədlər :

1. Doğum haqqında şəhadətnamə (metrika) və ya şəxsiyyət vəsiqəsi
2. Bir ədəd (yeni) 3×4 sm ölçüdə fotoşəkil
3. Qələm (qara rəng)
Əlavə məlumat üçün bizimlə flex@americancouncils.az email vasitəsi ilə və ya 050 225 81 78 və 12 436 75 30 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiz.

Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close