“Baku Open Cyber Cup 2018” kiber idman turniri

Kiber idman həvəskarlarının nəzərinə!

Bu gündən etibarən “İnnovasiya həftəsi” çərçivəsində təşkil ediləcək “Baku Open Cyber Cup” kiber idman turnirinə qeydiyyat başlanılır.

Cari ilin 28 oktyabr tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi, Heydər Əliyev Mərkəzinin və “Microsoft Azerbaijan” şirkətinin tərəfdaşlığı ilə Azərbaycan Kiber İdman Federasiyası tərəfindən keçiriləcək turnirdə “Xbox” platformasında iki oyun növü “FIFA 19” və “Mortal Kombat” üzrə yarışlar təşkil olunacaq.

Turnirdə iştirak etmək istəyən 15 yaşdan yuxarı hər bir şəxs müvafiq qeydiyyat formasını (http://www.cybersport.az/…/Bak…/BakuOpenRegistrationForm.doc) doldurub elektron poçt vasitəsilə 19 oktyabr 2018-ci il tarixinədək Azərbaycan Kiber İdman Federasiyasına (info@cybersport.az) təqdim etməlidir.

Hər bir oyun növü üzrə seçilmiş 32 iştirakçı 28 oktyabr 2018-ci il tarixində Heydər Əliyev Mərkəzində keçiriləcək turnirdə gücünü sınayacaq. Olimpiya sistemi üzrə keçiriləcək oyunlardan sonra Qaliblər müəyyənləşdiriləcək.

Yarışın qalibləri pul mükafatı ilə təltif ediləcəklər.

Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close