Litvanin Azərbaycandakı səfirliyi xanımları 3 günlük Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir – ELAN

Elanın məqsədi:  Counterpart International və Azərbaycan Respublikasındakı Litva Səfirliyi gənc xanımları 2018-ci ilin 16-18 Noyabr tarixində aparılacaq 3 günlük Biznes və Liderlik təlimlərində iştirak etməyə dəvət edir.

 

Proqram iştirakçıya hansı bilikləri verəcək:

Təlimdə iştirakçılar kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi, marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması və eni zamanda liderlik və ünsiyyət bacarıqlarının artırılması yollarını mənimsəyəcəklər.

Təlim hansı dildə aparılacaq: Azərbaycan

Kim iştirak edə bilər?

  • Azərbaycan Respublikasının vətəndaşları
  • Əslən Gəncə-Qazax Iqtisadi zonasindan olan və yaşı 20-30 olan gənc xanımlar.

İştirak üçün müraciət:

İştirak etmək istəyən şəxslər özləri haqqında qısa məlumatı (CV, Bios)  və  elektron unvanına göndərə bilər.

Təlimlərin keçiriləcəyi ərazi: Gəncə şəhəri

Müraciət üçün son tarix: 13 noyabr, 2018 – ci il

Suallar: Təlimlərə dair suallar  və  elektron poçt ünvanına  09 noyabr, 2018-ci il tarixinə qədər göndərilə bilər.

İştirak haqqında təsdiq:

İştirakı təsdiqlənən şəxslərlə elanın son tarixindən sonrakı 2 gün ərzində əlaqə saxlanılacaq.

Təqlər
Biznes Idarecilik telimi Counterart International Gence seheri Litva sefirliyi Telim
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close