Erasmus+ çərçivəsində İspaniyanın Alkala Universitetinə müraciətlərə start verildi

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələrinin nəzərinə.

Mübadilədə iştirak edə bilər: II kurs B2 ingilis biliklərinə sahib bakalavr tələbələri
Mübadilə müddəti: payız semestri / 2019-2020

Tələb olunan sənədlər:
-Pasportun surəti
-CV
-İngilis dilinə tərcümə olunmuş transkript
-İngilis dilində motivasiya məktubu (min. 1 səhifə)
-IELTS (min 6.0) və ya TOEFL (min 78) sertifikatının surəti
-Seçdiyiniz fənlərin siyahısı*

Müraciət üçün sənədlərinizi 15 aprel 2019-ci il tarixinə qədər exchange@asoiu.edu.az ünvanına “Alkala Universiteti-müraciət” başlığı ilə göndərməyiniz tələb olunur. Elektron sənədlər ancaq PDF formatında (hər bir fayl ayrıca adlandırılmaq şərtilə) qəbul olunacaq.

Proqram haqqında ətraflı məlumat aşağıdakı linkdə qeyd olunmuşdur.
http://www.asoiu.edu.az/az/page/52-muebadile-proqramlari

Həmçinin müsabiqə haqqında daha geniş məlumat üçün Beynəlxalq Əməkdaşlıq Şöbəsinə (231-ci otaq) müraciət edə və ya https://www.facebook.com/asoiuinternational/ səhifəsinə suallarınızı ünvanlaya bilərsiniz.

 

Alkala Universiteti, proqramları və fənlər haqqında məlumat almaq və ixtisasınızın uyğunluğunu yoxlamaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
https://www.uah.es/en/estudios/estudios-oficiales/grados/

Təqlər
Daha çox göstər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close