Region gəncləri üçün “Atena” şirkətində vakansiyalar – ELAN

Regionda təhsil alırsız və ya yaşayırsız ? İş həyatının başlanğıcında seçim qarşısındasızsa, Atena Şirkəti Sizə sevdiyiniz işi tapmaq üçün fürsət yaradıb.

Süd məhsulları istehsalçısı Atena Şirkəti “Gənc Talant” proqramı təşkil edir. “Talantlar” komandasına yeni məzun olmuş gənclər, sonuncu kurs tələbələri və karyerasını FMCG sahəsində qurmaq istəyən ali təhsilli həvəslilər dəvət edilir.

 

Biz ↓ komanda üzvünü axtarırıq:

· Potensiallı
· Öyrənməyə həvəsli
· Fərqli məkan və iş şəraitində işləməyi sevən
· Dəqiq/diqqətli
· Kreativ
· Office proqramlarından rahatlıqla istifadə edən
· Beyləqan, İmişli, Ağcabadi, Gəncə və ətraf bölgədən olan

 

Komandaya dəvət alan könüllü

· Müasir avadanlıqlarla tam avtomatlaşdırılmış zavodda təcrübə
· Sertifikat
· Tövsiyyə məktubu
· İşə qəbul imkanı

Məkan: Ağcabadi, Atena Süd zavodu.
Bölüm: istehsal və arxa ofis
Şərtlər: nahar və yaşayış yeri ilə təminat

Əgər sizin Qida məhsulları mühəndisliyi, Logistika, Sistem mühəndisliyi, Avtomatika, Mühasibatlıq, Təchizat və İnsan Resursları sahəsinə marağınız varsa və bu ixtisasların məzun və tələbələrsizsə, müraciətlərinizi 15.05.2019-cu il tarixinədək cv@atena.az ünvanına göndərə bilərsiz.

Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close