Elektron Hökümətin İnkişafı Mərkəzində Vakansiya – ELAN

Vakansiya: Aparıcı mütəxəsis
Departament: Strateji İnkişaf və Kommunikasiyalar
Şöbə: Rəqəmsal Xidmətlərin İnkişafı

Vəzifə funksiyaları

  • Müvafiq məhsul və xidmətlər üzrə bazar araşdırması aparılması və potensialların dəyərləndirilməsi;
  • Məhsul və xidmətlərin kommersiya strategiyasının hazırlanması;
  • Məhsul və xidmətlərin satış qiymətlərinin təyin olunması;
  • Məhsul və xidmətlərin satış planının və istiqamətlərinin təyin olunması;
  • Məhsul və xidmətlər üzrə kommunikasiya planının və büdcəsinin hazırlanması;
  • Məhsul və xidmətlər üzrə maliyyə hesablamalarının və proqnozların hazırlanması;
  • Məhsulun bazardakı mövqeyi üzrə monitorinqlərin aparılması və lazımi tədbirlər planının həyata keçirilməsi;
  • Müvafiq qurumlarla əməkdaşlıqların formalaşdırılması və məhsul təqdimatlarının həyata keçirilməsi;
  • Uyğun üçüncü tərəf məhsulları ilə inteqrasiya imkanlarının tətbiqi;
  • Müvafiq sektor daxili işçi qrupları ilə sıx əlaqələrin yaradılması;
  • Məhsul və xidmətlərin inkişafı potensialı və imkanlarının texniki heyət ilə dəyərləndirilməsi.

Təhsil və ixtisas tələbləri

  • İdarəetmə, marketinq və ya iqtisadiyyat sahələri üzrə ali təhsil

Texniki biliklər

  • MS WINDOWS, MS OFFICE, INTERNET və s. – yüksək səviyyədə

Xarici dil bilikləri

İngilis dilli üzrə biliklər:

  • B1 – ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.

İş təcrübəsi

1 il
Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Həmçinin bax

Close
Close