EventAz.org

Tədbirlər Azərbaycan

    Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu - ELAN

    Kateqoriya: Xəbərlər Dərc olunma tarixi: 16-12-2015, 19:56
    Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu - ELAN
















    Gənclərin II Beynəlxalq Mədəni İrs və Turizm Forumu
    Turizm tətbiq olunmaqla mədəni irsin mühafizəsi gənclər fəaliyyətləri


    1-2 fevral 2016
    Bakı, Azərbaycan


    Forum “Qorumağı və Mühafizə etməyi Təbliğ et!” şüarı ilə keçiriləcək. I Forumda Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan, Norveç, Tacikistan, İtaliya, İspaniya və Misirdən 35 yaşa qədər gənclər mədəni irs və turizm mövzusunda qlobal, interdisiplinar və milli məqamları, o cümlədən problem və perspektivləri, eləcə də mədəni irs=turizm:turizm=mədəni irs ekvivalenti üçün yeni ideya və strategiyaları müzakirə ediblər.
    Forumun əsas mövzusu turizmdən yararlanmaqla, mədəni irsin öyrənilməsi, mühafizəsi və təbliğində yeni ideyalar irəli sürməkdir.
    Forumun məqsədi gəncləri bir araya gətirərək müxtəlif ölkələr arasında mədəniyyət, mədəni irsin qorunması və öyrənilməsi, turizm və onun yeni sahələri istiqamətində əməkdaşlıq perspektivlərini genişləndirmək, yeni ideyaların mübadiləsinə və uğurlu təcrübələrin geniş tətbiqinə nail olmaqdır.
    Bunun üçün:
    - müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirmək, həmin ölkələr arasında mədəniyyət və turizm əlaqələrinin genişləndirilməsinə dəstək olmaq;
    - gənclərin araşdırma, qoruma və təbliğatdakı rolunu üzə çıxarmaq;
    - müxtəlif ölkələrin mədəniyyət və turizmini, adət və ənənələrinin öyrənilməsinə çalışmaq;
    - dünyanın müxtəlif ölkələrindən olan gənclərə ölkəmizin adət-ənənələrini, zəngin tarixini, mədəniyyət və turizmini təbliğ etmək;
    - dünyaya sülh və birlik mesajı vermək;
    - gənclərin ideya və təşəbbüslərini dinləyib, təşəbbüslər əsasında Bəyannamə qəbul etmək nəzərdə tutulur.
    Mədəni irs və turizm sahəsində fəaliyyəti olan, ideya və təcrübələrini paylaşmaq, yeni əlaqələr qurmaq istəyən 16-35 yaşlı gənclər Forumda məruzəçi kimi çıxış etmək üçün dəvət olunurlar. Forumda Azərbaycanla yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya, İtaliya, Makedoniya, Hindistan, Fransa, Almaniya, İspaniya, Misir və başqa ölkələrdən olan gənclər də iştirak edə bilərlər. Forumda iştirak etmək üçün mədəni irs və turizm sahəsində yeni ideyalar, metodlar və konsepsiya, anlaşma ortaya qoyan, eləcə də uğurlar və müvəffəqiyyətsizliklərin təhlilini nəzərdə tutan işlər qəbul olunur. İşlərin xülasəsini göndərən zaman aşağıdakıları nəzərə alın:
    1. Xülasələr Azərbaycan, yaxud ingilis dilində yazılmalıdır.
    2. Xülasələr yığcam (maksimum 300 işarə) olmaqla, əsas məqsəd və nəticələri əhatə etməlidir. Forum üçün işlər seçilərkən əsas meyar kimi işin keyfiyyəti, orijinallığı, hərtərəfliliyi nəzərə alınacaq. Xülasə aşağıdakılardan ibarət olmalıdır: (a) xülasənin məzmununu göstərən başlıq; (b) məqsədləri göstərən giriş cümlə; (c) müvafiq təcrübə proseslərinin qısa təsviri; (d) yeni və dərc olunmamış məlumat xülasəsi; və (d) nəticə. Xülasədəki hər bir fikrə görə, eləcə də yazı, qrammatika və ya elmi faktlarda yol verilmiş səhvlərə görə müəlliflər məsuliyyət daşıyırlar. Xülasə göndərmək üçün miras.az saytındakı müvafiq formanı dolduraraq qeydiyyatdan keçmək lazımdır.
    Forumda məruzəçi və iştirakçılara sertifikatlar təqdim olunacaq.
    Qeydiyyat xərci: 40 AZN
    Müraciətlər üçün son tarix: 18 dekabr 2015-ci il
    Qəbul olunan xülasələrin siyahısı 22 dekabr 2015-ci ilə kimi açıqlanacaq.
    E-mail: forumyouth2016@gmail.com
    İnternet səhifəsi: www.miras.azскачать dle 10.3фильмы бесплатно

    “I Milli Tələbə Turizmi Festivalı”

    Azərbaycan Respublikası Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi,Nərimanov Rayon Gənclər və İdman İdarəsi, Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Azərbaycan Turizm və Menecment Universiteti Tələbə...

    Nazirlik yeni müsbiqə elan edir

    "Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi bu gündən - 1may 2015-ci il tarixdən yeni müsabiqə elan edib. Nazirlik xalqımızın yüzilliklər boyu yaratmış olduğu yüksək mənəvi-əxlaqi dəyərləri, o...

    Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə ELAN EDİR

    Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilərlər. Müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir: • ərizə...

    I Beynəlxalq “Tarixdə Soyqırımlar: Faktlar, Reallıqlar, Uydurmalar” Simpoziumu

    MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Bakı şəhərində I Beynəlxalq “Tarixdə Soyqırımlar: Faktlar, Reallıqlar, Uydurmalar” Simpoziumu keçiriləcəkdir. Qısa məlumat. Tarixdə soyqırıma uğradığını...

    AR Mədəniyyət və Turizim Nazirliyi QHT-lər üçün Qrant Elan edir

    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən...

    Şərh yaz
    Fikirlərinisi aydın və lakonik bəyan etməyə çalışın

    Kodu daxil edin:

    Şifrə görsənmirsə yenilə



5187 Subscribers
9224 Followers
2741 Subscribers
Sayt haqqında

İş vakansiyaları,Layihələr,Təlimlər, düşərgələr, qrant elanları, təccrübə proqramları

«    Fevral 2016    »
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29