EventAz.org

Tədbirlər Azərbaycan

    AR Mədəniyyət və Turizim Nazirliyi QHT-lər üçün Qrant Elan edir

    Kateqoriya: Xəbərlər Dərc olunma tarixi: 20-02-2015, 16:14
    AR Mədəniyyət və Turizim Nazirliyi QHT-lər üçün Qrant Elan edir
















    Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi müsabiqə elan edir

    Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2015-ci il üçün Mədəniyyət və Turizm Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.
    1.Bakı 2015 Birinci Avropa Oyunları ərəfəsində Azərbaycan milli geyimlərinin təbliği ilə bağlı tədbir.
    2.Mədəni irs və tarixi abidələrimizin təbliğatı ilə bağlı tədbir.
    3.Xalq yaradıcılığının dəstəklənməsi və təbliği məqsədilə gənc aşıqlar ilə bağlı tədbir.
    4.Kinematoqrafiyanın animasiya sahəsinin perspektiv inkişafının təmin edilməsi ilə bağlı tədbir.

    "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər2015-ci ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə nazirliyə təqdim etməlidir.
    1.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
    2.QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
    3.Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
    4.Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
    5.Tədbirin keçiriləcəyi yer və tarix;
    6.Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
    7.Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

    Ətraflı məlumat üçün Nazirliyin rəsmi internet səhifəsinə daxil ola bilərsiniz.

    Ünvan:
    AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.
    Mədəniyyət və Turizm Nazirliyi
    İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökumət təşkilatları ilə iş sektoru

    Əlaqələndirici şəxslər:
    Rəşad Əliyev
    Şahin Şahbazov
    Email:rashad.aliyev@mct.gov.az / qht.medeniyyet@gmail.com
    Tel: (012) 498-79-53скачать dle 10.3фильмы бесплатно

    Gənclər və İdman Nazirliyi QHT-lər üçün Qrant elan edir - ELAN

    Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELAN EDİR Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin...

    "Atəşgah Sığorta" işçi axtarır - VAKANSİYA

    "Atəşgah Sığorta" şirkəti korporativ satışlar şöbəsinin mütəxəssisi vəzifəsinə işçi axtarır. Şirkətdən fins.az-a verilən məlumata görə, 23-30 yaşları arasında, ali təhsilli, satış sahəsində iş təcrübəsi olan,azərbaycan və rus...

    Azərbaycan Gəncləri üçün Avropa Parlamentində “Avropa İttifaqı Məktəbi” təlim kursu

    Azərbaycan Gəncləri üçün Avropa İttifaqı Məktəbində iştirak üçün müsabiqə elan edilir: Deadline: 22 Fevral 2015 Tarix: 23-29 Mart 2015 Ölkə: Belçika Məkan: Avropa Parlamenti 23-29 mart 2015-ci il tarixlərində Azərbaycan...

    Nyu Yorkada və BMT-nin Baş Qərargahında "Ümumdünya Gənclər Forumu"

    Deadline: 25 mart 2015-ci il Yaşınız 18-dən yuxarı və universitetdə əyani təhsil alırsız? Nyu Yorka getməyi və BMT-nin Baş Qərargahında keçiriləcək Ümumdünya Gənclər Forumunda öz ideyalarınızla çıxış etmək istəyirsiniz? O zaman...

    SYSLAB Gəncə Mərkəzi iştirakçı seçimi elan edir!

    Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Norveçin Syslab şirkəti ilə əməkdaşlıqda həyata keçirilən “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsində...

    Şərh yaz
    Fikirlərinisi aydın və lakonik bəyan etməyə çalışın

    Kodu daxil edin:

    Şifrə görsənmirsə yenilə



5187 Subscribers
9224 Followers
2741 Subscribers
Оцените работу движка

Sayt haqqında

İş vakansiyaları,Layihələr,Təlimlər, düşərgələr, qrant elanları, təccrübə proqramları

«    Mart 2015    »
Be Ça Ç Ca C Ş B
  1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31  
Müəllif: Elvin Ali