EventAz.org

Tədbirlər Azərbaycan

    Elan: PLURAL+ Gənclər Video Festivalı üçün (Youth Video Festival) videoçarxının hazırlanması

    Kateqoriya: Xəbərlər Dərc olunma tarixi: 27-05-2015, 10:03
















    1. Ümumi məlumat:
    Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) və BMT-nin Sivilizasiyalar Alyansı ilə (UNAOC) birgə tərəfdaşlıq vasitəsilə sosial dəyişikliklərin faktoru olan gəncləri gücləndirməyə çalışırlar. Bu səylərin məqsədi yer üzündə münaqişələrin qarşısının alınması və sosial birliyin təşviqi naminədir. Bunun nəticəsində miqrasiya sahəsinə dəstək vermək məqsədilə 2009-cu ildən etibarən BMqT və UNAOC tərəfindən birgə PLURAL+ Gənclər Video Festivalı (Youth Video Festival) keçirilir. Həmin festivalın bu ildə də keçirilməsi nəzərdə tutulur

    2. Videoçarxın hazırlanmasına dair elanın məqsədləri:
    Hazırlanan videoçarx miqrasiya və mədəniyyət müxtəlifliyi mövzularını əhatə etməlidir. PLURAL-ın məqsədi gənclər arasında miqrasiya, sosial inteqrasiya, insan haqları, mədəniyyət müxtəlifliyi, sosial kimlik qrupları və s. istiqamətlərdə ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaqdır. Öz növbəsində PLURAL+ bu sahədə geniş platforma yaratmışdır.

    3. Videoçarxın hazırlanmasına dair elanın şərtləri:
    Layihənin əsas şərtlərindən biri 9-25 yaş arası gənclərin iştirakıdır. Qaydalara əsasən hər bir gənc bir və beş dəqiqə arasında kiçik videoçarx hazırlamalıdır (bir dəqiqədən az və beş dəqiqədən çox olan videoçarxlar qəbul olunmayacaq).

    Videoçarxın göndərilməsi üçün son tarix: 15 iyun 2015-ci il.

    Ətraflı məlumatı http://pluralplus.unaoc.org/submit/rules/ saytından əldə edə bilərsiniz.

    Videoçarx Azərbaycan dili ilə yanaşı digər dillərdə də hazırlana bilər, yalnız ingilis dilində subtitrlərin olması zəruridir.

    Son tarixdən sonra qəbul edilmiş videoçarxlar nəzərə alınmayacaq.

    Əlavə məlumat üçün BMqT Bakıdakı ofisi ilə əlaqə saxlaya bilərsiniz:
    Tel: 012 465 90 71/72
    Faks: 012 465 90 73
    Elektron poçt: iombaku@iom.int
    скачать dle 10.3фильмы бесплатно

    Nazirlik yeni müsbiqə elan edir

    "Ən yaxşı sosial çarx ssenarisi" müsabiqəsi Mədəniyyət və Turizm Nazirliyi bu gündən - 1may 2015-ci il tarixdən yeni müsabiqə elan edib. Nazirlik xalqımızın yüzilliklər boyu yaratmış olduğu yüksək mənəvi-əxlaqi dəyərləri, o...

    "Gəncə 2016 - Avropa Gənclər Paytaxtı: Gələcəyə Baxış" Forumu

    Hörmətli gənclər təşkilatları və üzvləri, Sizi, 08 aprel 2015-ci il tarixində “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı”na dəstək məqsədi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respubliksı Gənclər...

    Ətraf mühitin mühafizəsinə dair foto müsabiqə

    “Yaddaş” Maarifçi Gənclər İctimai Birliyi “Ətraf mühitin mühafizəsi foto materiallarda” adlı layihənin icrasına başlayır. Layihənin məqsədi foto materiallar vasitəsilə gənclərdə ətraf mühitin mühafizəsinə yaradıcı yanaşma...

    “Gənc Əkinçi” Akademiyasına iştirakçı qəbulu başladı

    “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə 12-15 mart tarixlərində “Gənc Əkinçi” layihəsinə start verir....

    Gənclər və İdman Nazirliyi QHT-lər üçün Qrant elan edir - ELAN

    Gənclər və İdman Nazirliyi gənclərin qeyri-hökumət təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı müsabiqə ELAN EDİR Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin...

    Şərh yaz
    Fikirlərinisi aydın və lakonik bəyan etməyə çalışın

    Kodu daxil edin:

    Şifrə görsənmirsə yenilə



Sayt haqqında

İş vakansiyaları,Layihələr,Təlimlər, düşərgələr, qrant elanları, təccrübə proqramları

«    İyul 2016    »
Be Ça Ç Ca C Ş B
  1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31