EventAz.org

Tədbirlər Azərbaycan

    "Wonderland Azərbaycan 2016" adlı Beynəlxalq Skaut Düşərgəsi - ELAN

    Kateqoriya: Xəbərlər / WorkCamp Dərc olunma tarixi: 28-05-2016, 13:08
    Əziz skautlar!
    Azərbaycan Skautlar Assosiasiyası Sizi 16-24 iyul 2016-cı il tarixlərində Gəncə şəhərinin Hacıkənd qəsəbəsində təşkil olunacaq "Wonderland Azərbaycan 2016" adlı Beynəlxalq Skaut Düşərgəsinə dəvət edir!
    Qısa məlumat:
    İlk Wonderland adlı beynəlxalq skaut düşərgəsi 2013-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Şəkidə təşkil olunmuşdur və ənənəvi illik skaut düşərgəsinə çevirilmişdir. 2014-cü ildə artıq Azərbaycanın cənubunda 208 nəfərlik çadır düşərgəsində dünyanın bütün qitələrindən skautlar toplanmışdırlar. Ötən yay - 2015-ci ildə Gədəbəy rayonu ərazisində xarici skautların da iştirakı ilə 230 nəfərlik düşərgə təşkil olunmuşdur. Bu il isə düşərgəmizi Azərbaycanın gözəl – dilbər guşələrindən olan, eyni zamanda 2016-ci ili Avropa Gəncəlr Paytaxtı seçilmiş Gəncə şəhərində,Hacıkənd ərazisində qurmaq qərarına gəlmişik. Şərqin qədim mərkəzlərindən olan bu region tarixi, memarlıq və dini abidələrlə boldur. Onlardan Gəncədə XIX əsrin Cümə məscidini, Şeyx İbrahimin və Nizaminin məqbərələrini, XVI əsrin İmamzadə kompleksini, şəhər hamamlarını, orta əsr qalasını, Göygöl rayonunda bürünc əsrinin kurqanlarını, qədim qala və qüllələrini göstərmək olar. Bu zonada mülayim iqlim hakimdir, dağ meşə və çəmənliklərdə cüyür, dağ keçisi, qaban və digər heyvan növləri vardır. Gəncə şəhərindən 25 km məsafədə ətrafında Göygöl qoruğu yaradılmış Azərbaycan təbiətinin incisi Göygöl yerləşib. Hacıkənd – Göygöl kurortunun ərazisindən yalnız Kürəkçay çayı axır. Onun ümumi uzunluğu 115 km, sutoplayıcı sahəsi isə 28 kvadrat metrdir. Kürəkçay hövzəsi Şimaldan Kür çayı ilə, Şərqdən Gorançay, Qərbdən Gəncəçay, Cənubdan isə Tərtər çay hövzələri ilə həmsərhəddir. Hacıkənd – Göygöl kurort rayonun ərazisində Göygöl, Maralgöl, Quş gölü, Qaragöl, Ağgöl, Şamlıgöl, Turist gölü kimi bənd tipli göllər vardır.
    Tarix:
    Düşərgə üç hissədən ibarət olacaqdır:
    - 9 -15 iyul Düşərgənin tikinti işlərinin aparılması;
    - 16-24 iyul Hacıkənddə çadır düşərgəsi;
    - 25-26 iyul Düşərgənin yığışdırılması;
    Yer:
    Hacıkənd, Gəncə
    GPS koordinatarı: 40.511862, 46.315647
    (https://www.google.com/maps/place/40%C2%B030)

    Yaş həddi:
    - İştirakçılar: 11-17 yaş;
    - STAFF Könüllülər: 18 yaşdan yuxarı;
    Yaşayış:
    Azərbaycan Skautlar Assosiasiyası iştirakçıları çadırlarla təmin edəcək.
    (Öz çadırınızı gətirmək istədiyiniz halda bizə öncədən məlumat verin.)
    Home Hospitality:
    Xarici skautlar düşərgədən qabaq, ya sonra öz evinizdə qonaq etmək istədiyiniz halda wonderland2016@scout.az elektron ünvanına “HoHo” mövzusu ilə xəbər verin.

    Düşərgə haqqı:
    25 AZN – ASA-nın mövcud üzvləri üçün
    100 AZN – ASA-ya bu elandan sonra qoşulmaq istəyənlər üçün
    (buna daxildir: Bakıdan düşərgə yerinə gediş və düşərgə yerindən gəliş, sığorta, 9 gün ərzində yeməklər, köynəklər və düşərgənin proqramında iştirak)
    Aktivitlər:
    Pionerinq, Atıcılıq, Atçılıq, Səmti müəyyən etmə, Oxatma, Göygöl və Maralgölə yürüşlər, Trekkinq, İdman oyunları, Ekstrimal gecələmə, Maneələr zolağı, “Gəncə Macəraları” – Şəhər turu və digər macəralı fəaliyyətlər.
    Sənədlər:
    Fərdi şəxslər üçün (18 yaşdan yuxarı və qeyri-skautlar) ərizə forması:
    https://drive.google.com/file/d/0B8DEABRypyCQYk8xNlVjRzBncGc/view?pref=2&pli=1

    Qrup və ya dəstələr üçün ərizə forması:
    https://drive.google.com/file/d/0B8DEABRypyCQTUNnR0xZLVBQWGs/view?pref=2&pli=1

    QEYD:
    - Zəhmət olmasa, ərizələrinizi 16 may 2016-cı il tarixi saat 23:59-a qədər qrup və ya dəstə liderləriniz vasitəsi ilə wonderland2016@scout.az elektron ünvanına göndərəsiniz.
    - İştirakla bağlı qrup və ya dəstə liderləriniz ilə əlaqə saxlayın.
    - STAFF birbaşa müraciət edə bilər.
    - Elandan sonra düşərgədə iştirak etmək və gələcəkdə təşkilata üzv olmaq istəyən şəxslər (11 yaşdan yuxarı) fərdi şəkildə müraciət etsinlər.скачать dle 10.3фильмы бесплатно

    Tarixin İzindən - Tarix Düşərgəsi I AEGEE-Bakı, MİRAS

    30 aprel-1 mayda keçiriləcək “Tarixin izində” adlı Tarix dolu yaz düşərgəsi keçiriləcəkdir. Şənbə və bazarınızın fərqli və maraqlı olması, təbiətin qoynunda əyləncəli və maarifləndirici 2 tarix qoxan gün keçirməniz məqsədilə...

    "GƏNCƏ 2016 Avropa Gənclər Paytaxtı"nda gənclərin könüllük forumu ELAN

    Əziz Gənclər! Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi "GƏNCƏ 2016 Avropa Gənclər...

    Könüllülər üçün Gəncə Avropa Gənclər Paytaxtı 2016- ELAN

    Gəncə Avropa Gənclər Paytaxtı 2016 könüllüləri üçün 23-24 yanvar 2016-ci il tarixlərdə növbəti təlim təşkil olunacaq. Bu çərçivədə təşkil olunmuş təlimlərdə iştirak etməyən Gəncə 2016 könüllüləri və xarici dil bilikləri olan...

    Wonderland Azerbaijan 2015 - Beynəlxalq Skaut Düşərgəsi

    Əziz skautlar! Azərbaycan Skautlar Assosiasiyası Sizləri 11 - 19 iyul 2015-ci il tarixlərində Gədəbəy rayonununda təşkil olunacaq çox gözlənilən ənənəvi "Wonderland Azərbaycan" adlı Beynəlxalq Skaut Düşərgəsinə dəvət edir! Qısa...

    "Gəncə 2016 - Avropa Gənclər Paytaxtı: Gələcəyə Baxış" Forumu

    Hörmətli gənclər təşkilatları və üzvləri, Sizi, 08 aprel 2015-ci il tarixində “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı”na dəstək məqsədi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respubliksı Gənclər...

    Şərh yaz
    Fikirlərinisi aydın və lakonik bəyan etməyə çalışın

    Kodu daxil edin:

    Şifrə görsənmirsə yenilə



Sayt haqqında

İş vakansiyaları,Layihələr,Təlimlər, düşərgələr, qrant elanları, təccrübə proqramları

«    İyul 2016    »
Be Ça Ç Ca C Ş B
  1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31