EventAz.org

Tədbirlər Azərbaycan

    ELAN - "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" layihəsi

    Kateqoriya: Xəbərlər Dərc olunma tarixi: 7-07-2016, 03:46


















    "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" adlı layihənin hazırlığı davam edir.
    Son müraciət tarixi: 17 İyul 2016

    Cari ilin ölkə başçısı tərəfindən “Multikulturalizm ili” elan olunmasını əsas tutaraq, gənclərə multikulturalizmin mahiyyətini izah etmək, Azərbaycanın dünyadakı nümunəvi tolerant ölkə simasını bir daha gənclərin diqqətinə çatdırmaq məqsədi ilə "Odlar Yurdu" Gənclər İctimai Birliyi tərəfindən "Gələcək vəd edən həqiqətlər: Gənclər və Multikulturalizm" layihəsının hazırlıq mərhələsi uğurla davam etdirilir. Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra olunacaq layihənin əsas vəzifələri multikulturalizmin Azərbaycan modelinin gənclər tərəfindən öyrənilməsi ilə yanaşı gəncləri bu mövzuda maarifləndirmək və dünyagörüşlərinin artmasına xidmət etməklə, onlara vətənpərvərlik, tolerantlıq, hümanizm, insansevərlik kimi dəyərli hisslərin aşılanmasıdır.

    Müraciət üçün linkə daxil ola bilərsiniz: https://docs.google.com/forms/d/1mqA7WCs_hGXu_AHSIMsCT7QXgQcVdx_VkCck8YFZ0jY/viewform

    Layihə cari ilin iyul ayında 2016-cı il Avropa Gənclər paytaxtı olan Gəncə şəhərində həyata keçiriləcəkdir. Ümumilikdə republikanın müxtəlif bölgələrində yaşayan 50 nəfər gənc layihədə iştirak edəcəkdir. Layihənin tərəfdaş qurumları Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi, "Gəncə-2016 Avropa Gənclər Paytaxtı" İctimai Birliyidir.скачать dle 10.3фильмы бесплатно

    SAY: Multiculturalism - Yay Düşərgəsi

    “İRƏLİ” İctimai Birliyi “SAY: Multikulturalizm” layihəsinə start verir. “İRƏLİ” İctimai Birliyi gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikası Prezidenti yanında QHT-larına Dövlət...

    "GƏNCƏ 2016 Avropa Gənclər Paytaxtı"nda gənclərin könüllük forumu ELAN

    Əziz Gənclər! Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi "GƏNCƏ 2016 Avropa Gənclər...

    Könüllülər üçün Gəncə Avropa Gənclər Paytaxtı 2016- ELAN

    Gəncə Avropa Gənclər Paytaxtı 2016 könüllüləri üçün 23-24 yanvar 2016-ci il tarixlərdə növbəti təlim təşkil olunacaq. Bu çərçivədə təşkil olunmuş təlimlərdə iştirak etməyən Gəncə 2016 könüllüləri və xarici dil bilikləri olan...

    “Tariximizin izi ilə” adlı regionlararası intellektual çempionatı keçiriləcək

    Noyabrın 6-dan 8-dək Gəncə şəhərində gənclərin “Tariximizin izi ilə” adlı regionlararası intellektual çempionatı keçiriləcək. Çempionatı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcəyə...

    "Gəncə 2016 - Avropa Gənclər Paytaxtı: Gələcəyə Baxış" Forumu

    Hörmətli gənclər təşkilatları və üzvləri, Sizi, 08 aprel 2015-ci il tarixində “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı”na dəstək məqsədi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respubliksı Gənclər...

    Şərh yaz
    Fikirlərinisi aydın və lakonik bəyan etməyə çalışın

    Kodu daxil edin:

    Şifrə görsənmirsə yenilə



Sayt haqqında

İş vakansiyaları,Layihələr,Təlimlər, düşərgələr, qrant elanları, təccrübə proqramları

«    İyul 2016    »
Be Ça Ç Ca C Ş B
  1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31