EventAz.org

Tədbirlər Azərbaycan

    AGAT Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası çərçivəsində könüllü yığımı elan edir

    Kateqoriya: Xəbərlər Dərc olunma tarixi: 4-06-2016, 02:20



















    Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının Könüllülük Proqramı əlavə bilik və bacarıqlarını artırmaq, təcrübə qazanmaq, Etika Akademiyasının peşəkar təlimlərində iştirak etmək, məhşur və uğur qazanmış simalarla ünsiyyət qurmaq, ən əsası yay aylarını əyləncəli keçirmək istəyən gənc insanlar üçün möhtəşəm bir imkandır.

    Ərizəçilər aşağıdakı tələblərə cavab verməlidir:
    1.16-26 yaşlarında.
    2. Ünsiyyət və təqdimat bacarıqları olan.
    3. Gərgin qrafik və uzun iş saatları müddətində işləmə bacarığı olan
    4. Verilmiş tapşırıqları vaxtında yerinə yetirə bilən

    Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) "Rio 2016 Yay Olimpiya Oyunlarına Dəstək Kampaniyası" adlı layihəsi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2016-cı ilin I maliyyə müsabiqəsində qalib gələn layihələr sırasındadır.
    XXXI Yay Olimpiya Oyunları Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcəkdir. Azərbaycan 5 avqust-21 avqust tarixləri arasında Yay Olimpiya Oyunlarında 40 idmançı ilə 14 idman növündə təmsil olunacaq. Layihə Yay Olimpiya Oyunlarında idmançılarımıza azarkeş dəstəyi vermək məqsədilə gənclər arasında maarifləndirmə işinin aparılmasından ibarətdir. Könüllülər müxtəlif aksiyalar, idmançılarla silsilə görüşlər və digər mədəni-kütləvi tədbirlərin təşkilində yaxından iştirak edəcəklər.

    Bütün könüllülər AGAT tərəfindən rəsmi sertifikat alacaq və AGAT tərəfindən təşkil edilmiş bütün tədbir, təlim və layihələrdə iştirak etmə imkanı əldə edəcəklər.

    Proqrama qoşulmaq istəyənlərdən 20 İYUN 2016-cı il tarixinə kimi info@agat-ngo.az ünvanına CV-lərini göndərmələri və ya hazır CV olmadığı halda aşağıdakı linkə daxil olaraq ərizə formasını doldurmaları xahiş olunur.
    https://docs.google.com/forms/d/1TFhfqDzdXFxrSC3PRvmAX6b3_a64rQn8CeLL-8CsTVQ/viewform?c=0&w=1&usp=mail_form_linkAbout AGATскачать dle 10.3фильмы бесплатно
    6 iyun 2016 00:13

    Baki2015 akkreditasiya
    Milli Gimnastika Arenasi akkreditasiya
    Marafon team lider
    Affa akkreditasiya
    Asan xidmet
    Formula1 pre-race volunteer
    Begoc bash ofis admin konullu
    Formula1 info point member volunteer
    Sitat gətir

    "GƏNCƏ 2016 Avropa Gənclər Paytaxtı"nda gənclərin könüllük forumu ELAN

    Əziz Gənclər! Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər Birliyi "GƏNCƏ 2016 Avropa Gənclər...

    Beynəlxalq tədbir üçün könüllülər tələb olunur

    2015-ci il 19-21 noyabr tarixlərində keçiriləcək olan Türkdilli ölkələrin 1ci Ginekoloji Konqresi üçün könüllü gənclər tələb olunur Bu konqres tibb sahəsində dünya şöhrəti qazanmış həkimlərlə canlı ünsiyyət qurma imkanı və...

    Avropa Gənclər Olimpiya Festivalında könüllü olun - Gürcüstan

    20 İyul-02 Avqust tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının könüllüsü ol! Son müraciət tarixi: 10 iyul 10:00 Online application:...

    ---

    Avropa Gənclər Olimpiya Festivalında könüllü olun - Gürcüstan

    20 İyul-02 Avqust tarixlərində Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 13-cü Avropa Gənclər Olimpiya Festivalının könüllüsü ol! Son müraciət tarixi: 10 iyul 10:00 Online application:...

    ELAN: “Gənc Jurnalistlərin Etik prinsipləri” layihəsi

    Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) 2015-ci il, aprel ayında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Jurnalistlərin Etik prinsipləri” adlı yeni layihəyə start...

    Şərh yaz
    Fikirlərinisi aydın və lakonik bəyan etməyə çalışın

    Kodu daxil edin:

    Şifrə görsənmirsə yenilə



Sayt haqqında

İş vakansiyaları,Layihələr,Təlimlər, düşərgələr, qrant elanları, təccrübə proqramları

«    İyul 2016    »
Be Ça Ç Ca C Ş B
  1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31