Gənclər Fondu “Gənclərin Məşğulluğu Proqramını” elan edir

Azərbaycan Respublikasının Gənclər Fondu və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) ilə birlikdə 18-29 yaşlarında olan orta-ixtisas təhsil müəssisələri və ali təhsil müəssisələrinin məzunları üçün Gənclərin Məşğulluğu Proqramına start verir.
Proqram çərçivəsində işə cəlb olunan gənclərin əmək haqqlarının 50 faizə qədəri 12 ay müddətinədək Gənclər Fondu tərəfindən subsidiyalaşdırılacaqdır.
Maliyyələşmə üzrə qərar qəbul edilərkən iş təcrübəsi olmayan, sosial həssas kateqoriyadan olan və region gənclərinə üstünlük veriləcəkdir.
Gənclər, həmçinin, Fond və Məşğulluq Xidməti tərəfindən təşkil ediləcək karyera planlaması və peşə təlimlərində iştirak etmək imkanı əldə edəcəklər.
15 aprel tarixindən başlayaraq, il boyu davam edəcək Proqramda təklif olunan vakansiyalar mütəmadi olaraq, yenilənəcəkdir.
İştirak etmək istəyən gənclər Fondun internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçib, elektron xidmətlər bölməsindən onlayn qaydada müvafiq vakansiyaya müraciətlərini göndərə bilərlər.
Ətraflı: https://youthfoundation.az/46700

Təqlər
Daha çox göstər

Əlaqədar məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close